AZ | EN | فارسی | RU

Yeniliklər

27 .06 .2009

Cavaxetiya Ermənistan-Gürcüstan münasibətlərində rəsmi gündəm mövzusu kimi ətraflı

23 .06 .2009

İki Türkün mübarizəsi: amma nə üçün? ətraflı

22 .06 .2009

Rusiyada ŞƏT və BRİK Sammitləri ətraflı

09 .06 .2009

İran prezidentinin fikirləri qarışıqdır ətraflı

Axtarış

 

Ünvan

Aktual

İranda gərginlik davam edir
30 -06 -2009 |İRAN

İran televiziyasının verdiyi məlumata əsasən, İran Qoruyucular Şurası (“Şurayi Nigəhban”) dünən 12 İyunda keçirilən onuncu prezident seçkilərinin nəticələrinin düzgünlüyü haqda qərar verib və Mahmud Əhmədinejadı növbəti 4 il müddətinə İran prezidenti kimi təsdiqləyib. İran qanunlarına əsasən, ölkədə keçirilən seçkilərə bu şura nəzarət edir. Şura keçirilən seçkilərdə verilən səsləri Daxili İşlər Nazirliyinin saymasından sonarkı 10 gün içində öz qərarını elan edərək yeni prezidenti təqdim etməlidir. Amma bu seçkilərdə Mir Hüseyn Musəvinin seçkilərin nəticələrinə etirazını və İranda əhalinin seçkilərin nəticələrinə dair münasibəti nəzərə alınaraq Ali Dini Rəhbərin icazəsi ilə 10 günlük müddət əlavə olaraq 5 gün daha uzadıldı.

 


NATO-Rusiya münasibətləri bərpa edildi
29 -06 -2009 |RUSİYA

İyunun 27-də Yunanıstanın Korfu adasında keçirilən NATO-Rusiya Şurası iclasında tərəflər arasındakı münasibətlərin tam bərpası qərarlaşdırıldı. Xarici İşlər Nazirləri arasında qeyri-rəsmi formatda keçirilən toplantıdan sonra keçirilən mətbuat konfransında NATO Baş Katibi Yaap de Hoop Skeffer tərəflər arasında siyasi əməkdaşlığın bərpa edildilməsinin qərarlaşdırıldığını və hərbi əməkdaşlığın təkrar başlaması zərurətini vurquladı. Skeffer Rusiya Xarici İşlər Naziri Sergey Lavrovun iclasda Şuranın gələcək fəaliyyəti üçün təkliflər verdiyini bildirdi, ancaq bunların mahikyyətini açıqlamadı. Öz nöbvəsində Lavrov da Rusiyanın NATO ilə qarşılıqlı etimadın bərpa edilməsinə dair təşəbbüsləri dəstəklədiyini, ancak bu təşəbbüslərin konkret addımlarla gücləndirilməsinin vacibliyini qeyd etdi. Lavrov Korfudakı toplantıda bu istiqamətdə müxtəlif təkliflər etdiklərini və NATO ilə konkret əməkdaşlıqlar doğuracağını ümid etdiklərini açıqladı.

 


Ermənistan-İran dəmiryolu xətti layihəsinə dair müzakirələr gecikəçək
23 -06 -2009 |ERMƏNİSTAN

Qalmaqallı prezident seçkisindən sonra İranda yaranmış qeyri-sabit vəziyyət bu ölkənin xarici siyasətində müəyyən əlavə problemlər yaratmaqla qalmamış, ümumilikdə bölgə ilə bağlı müəyyən layihələrin reallaşdırılması prosesinə də mənfi təsir etmişdir. Ermənistan Nəqliyyat və Rabitə Nazirliyinin Beynəlxalq Əlaqələr Şöbəsinin Rəisi Qarik Qriqoryanın verdiyi məlumata görə İyunun sonunda İran-Ermənistan dəmiryolu layihəsi ilə əlaqədar planlaşdırılan müzakirələrin baş tutmayacağı artıq dəqiqiləşib: “İrandakı hadisələrə görə bu ölkənin nümayəndə heyəti müzakirələrə gələ bilmir və bu səbəbdən müzakirələr təxirə salınır”. Xatırladaq ki, İyunun əvvəlində yayılan xəbərlərdə layihəyə Rusiya Federasiyasının da qoşulacağı və müzakirələrdə bu ölkənin rəsmilərinin də iştirak edəcəyi bildirilirdi.

 



Strateji icmallar


Cavaxetiya Ermənistan-Gürcüstan münasibətlərində rəsmi gündəm mövzusu kimi
27 -06 -2009 |GÜRCÜSTAN

Gürcüstan prezidenti Mixail Saakaşvili 24-25 İyun tarixlərində Ermənistana 2 günlük rəsmi səfər etdi. Saakaşvili səfər sırasında Erməni həmkarı Serj Sarkisyan  və Ermenistan Baş Naziri Tiqran Sarkisyanla danışıqlar aparıb. Sarksiyan tərəfindən iki ölkə arasındakı münasibətlərin inkişafına verdiyi töhfəyə görə Şərəf Ordeni ilə təltif edilən Gürcüstan Prezidenti İrəvan Dövlət Universitetində müəllim və tələbə heyəti qarşısında çıxış edib.

 


İki Türkün mübarizəsi: amma nə üçün?
23 -06 -2009 |İRAN

İranda seçki qalmaqalı başlayan gündən əsasən proseslərdə ən çox iki nəfərin adı hallanıb: Mir Hüseyn Musəvi və Ayətullah Əli Xamanei. Əslində bunların hər ikisi hakimiyyətdə təmsil olunan və İslam Respublikasının əsaslarını yaradan insanlar olsa da aralarında dərin siyasi münaqişələrin olduğu da bilinir. Biri “reformçu”, digəri “mühafizəkar İslamçı”, biri dünya ilə yumuşaq siyasət tərəfdarı, digəri dünyadan təcrid olunma tərəfdarı. Bu siyasi düşüncə və taktiki gedişlər zamanla insanlarda dəyişə və bir mövqedən digər mövqeyə keçə bilər. Yaxud insan zamana və məkana görə fərqli mövqelər də tuta bilər. Amma bunların hər ikisinin vazkeçilməz oxşarlıqları var. Belə ki, hər ikisi Azərbaycan Türküdür. Təbii ki, etnik baxımdan Azərbaycanlı (Azərbaycan Türkü) olmalarıı onların həqiqətən düşüncədə və şüurda da Azərbaycan Türkü olmalarını göstərmir. Buna baxmayaraq etnik xüsusiyyətlərindən irəli gələn xasiyyətlər belə mücadilələrdə özünü biruzə verir.

 


Rusiyada ŞƏT və BRİK Sammitləri
22 -06 -2009 |RUSİYA

İyun 15-16-da Rusiyanın tarixdə daha çox Çar II Nikolayın Bolşeviklər tərəfindən güllələndiyi yer kimi yadda qalan Yekaterinburq şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sayca 9-cu və BRİK-in isə ilk rəsmi sammiti keçirildi. Bu iki əməkdaşlıq formatının ortaya çıxma motivləri və üzvlərinin böyük imkanları beynəlxalq sistemidəki güc tarazlığınin gələcək istiqamətinin müəyyənləşməsində  hər iki sammiti mühüm hadisə kimi xarakterizə etməyə imkan verir.

 



Analitik bülletenlər

Türkiyə-İran Münasibətləri: \"Təhlükəli qonşular\"
12 -07 -2008 |TÜRKİYƏ

Türkiyə və İran Qafqazda və Yaxın Şərqdə tarixən rəqabət aparan iki qonşu dövlətdir. İki ölkə arasında  uzunluğu 450 km olan quru sərhəddi var. Bu sərhəd  1639-cu ildə Osmanlı ilə Səfəvi arasında imzalanan Qəsri Şirin müqaviləsiylə müəyyənləşdirilmişdir. Türkiyə və İran arasındakı ticarət dövriyyəsinin həcmi hazırda 7 milyard dolara çatır və 2010-cu ilə qədər bu həcmin illik 10 milyard dollara çatdırlması planlaşdırılır.

 


Rusiya-İran Strateji Münasibətləri
14 -06 -2008 |RUSİYA

Soyuq müharibənin başa çatmasından sonra beynəlxalq münasibətlər sisteminin yeniden formalaşması prosesi yeni güc təmərküzləşmələrini və müxtəlif ölkələrin yeni münasibətlər sistemini qurma ehtiyacını gündəmə gətirdi. Yeni dövr ABŞ-in tək qütüblü dünya qurma təşəbbüsləri, AB-nin qlobal aktyor olma arzusu, Çinin və Hindistanın əhalisinin çoxluğu və sürətli iqtisadi inkişafı, Yaponiyanın rol arayışı və Rusiyanın bu prosesdə fəal iştirak arzusu ilə səciyyələnməkdədir. Bu prosesdə əsas mübarizə mərkəzlərindən biri kimi dünya enerji ehtiyatların büyük bir hissəsinin yerləşdiyi Yaxın Şərq və Xəzər bölgələri böyük önəm qazandı. Beynəlxalq münasibətlər sisteminin gələcək taleyinin müəyyənləşdirilməsində mühüm əhəmiyyətə malik olan bu coğrafiyadakı güc mübarizəsində bölgə xaricindən bir gücün, yəni fövqəldövlət ABŞ-ın fəallığına qarşı ənənəvi bölgəsəl güc İran ilə SSRI-nin dağılması ilə fövqəldövlət statusunu itirərək özünə yeni rol axtarışında olan Rusiyanın münasibətləri xüsusi diqqət cəlb etməkdədir. Bu yazıda Rusiya və İran arasındakı bu münasibətlərin xarakteri və əməkdaşlıq prosesi təhlil ediləcəkdir.