AZ | EN | فارسی | RU

Yeniliklər

04 .09 .2010

İran universitetlərində yeni “mədəni inqilab” ətraflı

23 .08 .2010

İsrail İrana hərbi müdaxiləyə hazırlaşır? ətraflı

20 .08 .2010

Rusiya- Ermənistan strateji əməkdaşlığı gücləndi ətraflı

28 .07 .2010

Ermənistan və İsrail İran və Türkiyəyə qarşı səylərini birləşdirirlər ətraflı

Axtarış

 

Ünvan

Aktual

Rusiya Gürcüstanı terrorizmə dəstək verməklə gunahlandırır

07 -09 -2010

Rusiya Daxili İşlər Nazirliyi rəsmisi Gürcüstanı Şimalı Qafqazdakı terorizmə dəstək verməklə ittiham edib. Bu ittiham Nazirliyin  Şimalı Qafzaq Federal Bölgəsi Baş İdarəsinin Rəis Müavini milis general-mayoru Nikolay Simakov tərəfindən səsləndirilib. O, Rusiyanın “Vremya Novostey” qəzetində 6 sentybarda yayımlanan açıqlamasında Gürcüstanın son zamanlar xüsusi fəallıq göstərdiyinə diqqəti cəlb edib. Simakov Gürcüstanda Şimalı Qafqaza göndərilmək üzərə hazırlanan yaraqlılar üçün düşərgələr olduğunu iddia edib. Rusiya rəsmisi bu bazalarda əsasən Qafqaz respublikalarından və Avropadan cinəyatkaların təlim keçdiyini, bu şəxslərin daha sonra Şimalı Qafqaza göndəirlidiyini vurğulayıb. O, bu çəçivədə qısa müddət əvvəl Rusiya-Azərbaycan sərhəddində baş verən silahlı münaqişəni xatırladıb. Hadisə sırasında bir Azərbaycanlı sərhədçi və bir yaraqlının ölürüldüyünü, iki yaraqlının isə saxlandıldığını bildirən Simakov, dindirmələr zamanı yaraqlıların Avstirya və Farnsa vətəndaşı olduğunun və Gürcüstanda təlim keçdiyinin aşkarlandığını deyib.    

 



İran prezidentinin Qətərə səfəri

06 -09 -2010

İran prezidenti Mahmud Əhmədinejad sentyabrın 5-də Qətərin paytaxtı Dohaya rəsmi səfər edib. Səfər zamanı onu İranın Xarici İşlər Naziri və bir sıra digər rəsmilər müşayiət edib. Səfər zamanı Əhmədinejad Qətər Əmiri Şeyx Həmd Ben Xəlifə Ali Sani ilə görüşüb və müzakirələr aparıb. Bu görüşdə əsasən Fələstin məsələsi, regiondakı durum, beynəlxalq məsələlər və iki ölkə arasındakı münasibətlər müzakirə olunub.

 



Rusiya ABŞ-ı Gürcüstanı yenidən silahlandırmaqla günahlandırır

03 -09 -2010

Rusiyanın Baş Naziri Vladimir Putin ABŞ-ın Gürcüstanı silhalandırmağa davam etməklə günahlandırıb. O,  bu narahatçılığını “Komersant” qəzetinin 30 avqust tarixli nömrəsinə verdiyi müsahibədə açılayıb. Putin müsahibəsində yenidən Gürcüstanın silahlandırılmasının Rusiya ilə ABŞ arasında münasibətlərin son dövrdəki yaxşılaşma prosesinin fonunda davam etdiyinə diqqəti cəlb edib. Rusiya baş naziri Cənubi Osetiya müharibəsinin Gürcüstanın silahlandırılması nəticəsində baş verdiyi vurğulayıb. Putin bu barədə narahatçılıqlarını hələ müharibədən əvvəl ABŞ və Avroplılara bildirdiklərini, ancaq bunun diqqətə alınmadığını qeyd edib. Xatırladaq ki, Rusiya hələ 2008-ci ildəki müharibə vaxtı və müharibədən sonra verdiyi açıqlamalarla Gürcüstanın silahlandırılmasının əleyhinə sərt çıxışlar etmiş və bu ölkəyə beynəlxalq miqyaslı silah embarqosu tətbiq edilməsini istəmişdi. Elə Rusiya-Gürcüstan müharibəsində Rus ordusunun ABŞ tərəfindən Gürcüstana verilən silahları nümayişkəranə şəkildə ələ keçirməsi Qərbə məsaj xarakeri daşıyırdı.

 



İran müxalifətinin yeni televiziya kanalı

02 -09 -2010

Sentyabrın 1-də İran müxalifətinə yaxın veb saytlarda yeni televiziya kanalının açılışı barədə məlumat dərc olunub. Məlumata əsasən müxalifətin yeni kanalı “Telestar” peyk şəbəkələri vasitəsi ilə yayımlanacaq. Məlumata yeni kanalın adının RSA olacağı və əsasən İrandakı informasiya blakadasını aradan qaldırmaq məqsədi ilə qurulduğu da bildirilir. Kanalın tamamilə siyasi və mali müstəqilliyiyə sahib olacağı iddia edilir. Kanalın xərclərinin isə toplanan ianələr və reklamlar hesabına ödəniləcəyi qeyd olunur.

 



İran ilə ABŞ nüvə sahəsində birgə fəaliyyət göstərə bilərmi?

01 -09 -2010

İran Nüvə Tədqiqat Mərkəzinin rəisi Əli Əkbər Salehi bildirib ki, onun ölkəsi siyasi məsələlərdən uzaq olmaq şərti ilə ABŞ-la nüvə sahəsində birgə fəaliyyət göstərməyə hazırdır. Salehi avqustun 31-də mətbuat konfransı keçirərək bildirib ki, “əgər Amerikalılar hazır olsa, İran atom elektrik stansiyaları tikmək məqsədi ilə birgə müəssisələr və nüvə yanacağı istehsal məqsədi ilə konsorsiumlar yaratmağa hazırdır”. Salehi əlavə edib ki, ABŞ-la bu sahədə müştərək işlər görməyə hazır olmalarının, siyasi müzakirələrə aidiyyəti yoxdur. O xüsusi vurğulayıb ki, “siyasi məsələləri siysətçilərə buraxmaq lazımdır.” 

 



İnqilab Qvardiyasının seçkilərə müdaxiləsi təsdiqlənir

30 -08 -2010

İranın “islahatçı müxalifətinin” bir qrup ziyalı nümayəndəsi, o cümlədən, Mustafa Taczadə, Feyzulla Ərəbsorxi, Möhsin Mirdamadi, Möhsün Əminzadə, Əbdulla Ramazanzadə və Möhsün Səfayi Fərahani İran məhkəməsinin başçısı Sadiq Laricaniyə şikayət ərizəsi ilə müraciət edərək İnqilab Keşikçiləri Qvardiyasını sonuncu prezident seçkilərində müdaxilə etməkdə ittiham edib və bu barədə sənədlər təqdim ediblər. Qeyd edək ki, bu siyasi fəallardan. Mustafa Taczadə, Möhsün Əminzadə və Möhsün Səfayi Fərahani sonuncu prezident seçkilərindən sonra həbs olunub, lakin şərti azadlığa buraxılmışdılar. Şikayət ərizəsindən sonra isə onlar yenidən həbs olunublar.

 



İran mediası Fransanı təhqir etdi

29 -08 -2010

İran mediasının Fransa Prezidentinin həyat yoldaşı Karla Bruni Sarkozini təhqir edən yayınları Avropada ciddi rezonans yaradıb. Əvvəlcə İran hakimiyyətinin qəzeti sayılan “Keyhan” Karla Bruni-Sarkozinin fəaliyyətləri ilə bağlı olaraq “Fahişələr insan hüquqları ilə bağlı tədbirrə iştirak edir” başlıqlı məqalə dərc edib. Məqalədə Karla Bruninin həyatının müxtəlif “rənkli məqamlarına” geniş yer ayrılıb və Bruninin indiyə qədər çox sayıda məşhur şəxslə əlaqədə olduğu qeyd olunub. Eyni gün İranın dövlət televiziyası isə Karla Bruni ilə bağlı reportajında oxşar ifadələrlə Brunini təhqir edib. Dövlət televiziyası Bruninin 2006-cı ildə İran dövləti tərəfindən daş-qalaq edilməklə ölüm hökmünə məhkum edilmiş Səkinə Aştianini müdafiə etməsinə də toxunaraq, Brunini “öz əxlaqsızlığını ört basdır etmək üçün başqalarının oxşar hərəkətlərini müdafiə etməkdə” günahlandırıb. 

 



Türkiyənın xarici siyasətində “köhnə çalarlar”

28 -08 -2010

Avqust ayının sonlarında eyni gündə Türkiyənin kütləvi informasiya vasitələrində yayılan iki xəbər bu ölkənin xarici siyasəti baxımından “köhnə çalarlara” qismən qayıdşa işarə olub. Belə ki, avqust ayının 27-də həm İranın uydurma “Erməni soyqırımı” iddialarıyla bağlı dəstəkləyici bəyanatlar verdiyi xəbəri, həm də İsrailin “Heron” üzrə mütəxəssisləri Türkiyəyə geri göndərdiyi xəbəri demək olar ki, bütün Türk mətbuatında yayıldı.

 



Seçki sonrası insan hüquqları pozuntularına dair yeni faktlar

25 -08 -2010

İranda insan hüquqlarının pozulmasına dair hər gün yeni faktlar üzə çıxır. Bəzən isə bu cür faktlar o dərəcədə güclü olur ki, İran rəsmiləri tərəfindən də etiraf və qəbul edilmək məcburiyyəti ortaya çıxır. İranın Baş Prokuroru Qulamhüseyn Möhsüni Ejeinin son açıqlamaları da bunu təsdiqləyir. Belə ki, Ejei Tehranda gizli fəaliyyət göstərən “Kəhrizək” həbsxanasındakı cinayətlərdə təqsirli bilinən yüksək rütbəli üç nəfər prokurorluq əməkdaşının müvəqqəti olaraq işdən azad edilmələri barədə xəbərləri təsdiqləyib. Ejei işdən müvəqqəti azad olunan üç nəfər yüksək rütbəli şəxsin adlarını açıqlamayıb. Amma, onlar arasında  2009-cu ilin sentyabr ayına qədər Tehranın prokuroru vəzifəsində işləmiş, hazırda baş prokurorun müavini olan Səid Mürtəzəvinin də olduğu iddia edilir.

 



Saakaşvili baş nazir olmaq istəyir?

24 -08 -2010

Gürcüstan parlamenti sentyabrda ölkə konstitusiyasına dəyişiklikləri müzakirə edəcək. Bu barədə açıqlamanı Gürcüstan Parlamentinin Sədri David Bakradze Rusiya qəzeti “Vremya Novosti” qəzetində 23 avqustda yayınlanan müsahibəsində deyib. Bakradze, parlamentin bu dəyişiklikləri noyabrın əvvəlində qəbul edəcəyindən ümidvar olduğunu bildirib. Xatırladaq ki, Gürcüstan parlamentində konstitusiya dəyişikliklərinə dair prosedura 21 iyulda,  Dövlət Konstitusiya Komissiyanın təxminən bir illlik hazırlıqdan sonra ortaya qoyduğu dəyişilklik lahiyəsi təklifini təsdiqləməsi ilə başlayıb. Daha sonra lahiyə ictimaiyyətin müzakirəsinə verilib. Lahiyənin qəbuluna dair növbəti mərhələ 7 sentyabrda parlamentdə müzakirələrin başlanması olacaq. Lahiyənin bu prosessə paralel olaraq Venetsiya Komisyasına rəyi üçün göndəriləcək. Bu qurumun da yaxın gələcəkdə dəyişiklik lahiyəsinə dair öz hesabatını açıqlaması gözlənilməkdədir.

 




[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [>>]