Yeniliklər23 .08 .2010
İsrail İrana hərbi müdaxiləyə hazırlaşır?
ətraflı
20 .08 .2010
Rusiya- Ermənistan strateji əməkdaşlığı gücləndi
ətraflı
28 .07 .2010
Ermənistan və İsrail İran və Türkiyəyə qarşı səylərini birləşdirirlər
ətraflı
19 .07 .2010
Zahidanda baş verən hadisənin kökü Pakistan, NATO və ABŞ-da axtarılır
ətraflı
AxtarışÜnvan |
Aktual27 -07 -2010 . Rusiya ilə İran arasında söz dalaşı davam edirƏnənəvi müttəfiqlər Rusiya və İran arasında münasibətlərin pisləşməsi prosesi səngimir. Xüsusən Rusiyanın BMT-nin İrana embarqo tətbiq edən 9 İyun 2010 tarixli son qərarını dəstəkləməsindən sonra vəziyyət daha da kəskinləşib. Son dövrlərdə bu kəskinləşmənin ən bariz nümunəsi Rusiya və İranın bir-biri əleyhinə verdikləri bəyanatlardır. Iranın Rusiya əleydarı növbəti bəyanatlarından biri isə president Mahmud Əhmaədinicat tərəfindən 24 iyulda səslənib. İran prezidenti Rusiyalı həmkarı Dmitri Medvedevi Rus diplomatların qarşısındakı çıxışını sərt təngi edib. O, “Rus və İran xalqlarının dost olduğunu və rəsmi Tehranın bunu davam etdirməkdə maraqlı olduğunu” qeyd etdikdən sonra, “Medvedevin çıxışının İran əleyhinə Amerikan təbliğatı oyununu başlatdığını” açıqlayıb. Xatırladaq ki, Medvedev 12 İyulda Rusiya diplomatları qarşısındakı çıxışında Qərbdə gündəmə gələn “İran iki il içərisində nüvə silahına malik olacaq” xəbərini təsdiqləyən açıqlamalar vermişdi. Əhmədinejat bəyanatında “bu fikrin yetərsiz informasiya vəya səhv analizə əsaslandığını və Rusiyanın maraqlarına xidmət etmədiyini” bildirib. O, “Rusiya prezidentin Amerikan teatrında oyuncu olmasının sual doğurduğunu” qeyd edib.
İran prezidentin bu açıqlamalarına Rusiya da qarşı reaksiya verib. Rusiya Xarici İşlər Nazirliyi verdiyi açıqlamada “İran prezidentinin açıqlamalarının qəti şəkildə qəbul edilməz olduğunu” bildirib. Rusiyanın İran məsələsində obyektiv mövqeyini vurğulayan nazirliyin rəsmisi “İran rəhbərliyinə faydasız və məsuliyyətsiz ritorikadan vaz keçərək “Altılar” qrubu ilə konstuktiv əməkdaşlığa başlamasını” məsləhət görüb. Rusiya rəsmisi Türkiyə və İranın İran probleminə dair cəhdlərini də müsbət qarşıladıqlarını qeyd edib. Proseslərin gedişatı Rusiya və İran arasında bu narazılğının yaxın müddətdə aradan qalxmayacağını göstərir. |
| © 2008 Araz Tədqiqatlar Mərkəzi |