Yeniliklər23 .08 .2010
İsrail İrana hərbi müdaxiləyə hazırlaşır?
ətraflı
20 .08 .2010
Rusiya- Ermənistan strateji əməkdaşlığı gücləndi
ətraflı
28 .07 .2010
Ermənistan və İsrail İran və Türkiyəyə qarşı səylərini birləşdirirlər
ətraflı
19 .07 .2010
Zahidanda baş verən hadisənin kökü Pakistan, NATO və ABŞ-da axtarılır
ətraflı
AxtarışÜnvan |
Analitik bülletenlər03 -07 -2009 . Avrasiyadakı enerji mübarizəsində yeni bir mərhələ mi?İyulun 1-2-də Türkiyə Xarici İşlər Naziri Əhməd Davudoğlu və Enerji Naziri Taner Yılmaz Moskvaya səfər edərək iki ölkə arasındakı son dövrlərdə intensivləşən rəsmi səfərlərə yenilərini əlavə etdilər. Moskva səfəri hər iki nazirin öz vəzifələrində ilk Rusiya səfəri xarakterini daşıyıb. Nazirlər səfər vaxtı iki ölkə arasındakı münasibətlərin inkişafını daha gücləndirmək üçün öz Rus həmkarları ilə danışıqlar aparıb və bu çərçivədə Baş Nazir Vladimir Putinin Türkiyə səfərinə hazırlıq məsələsi müzakirə ediblər. Bundan başqa, Rusiya və Türkiyə xarici işlər nazirləri kürəsəl və bölgəsəl məsələlərə dair müzakirələr aparıb.
Rusiya Xarici İşlər Naziri Sergey Lavrov ilə Türkiyəli həmkarı Davudoğlu görüşdən sonra verdikləri açıqlamalarda iki ölkə arasındakı münasibətlərin “çox cəhətli əməkdaşlıq” prinsipinə uyğun inkişafı üçün danışıqlar apardıqlarını açıqlayıb. Hər iki nazir İraq, Yaxın Şərq münaqişəsinin nizamlanması, İranın nüvə proqramı probleminin dinc yolla həlli mövzularında ortaq mövqedən çıxıç etdiklərini vurğulayıblar. Lavrov və Davudoğlu Rusiya və Türkiyənin Qaradəniz hövzəsində əməkdaşlığı gücləndirmə niyyətində olduqlarını və bu çərçivədə Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Qaradəniz Gücü (BLACKSEAFOR) və “Qaradəniz Ahəngi” formatlarını fəallaşdırmağı qərarlaşdırblar. İlk ölkənin xarici işlər nazirləri Türkiyənin gündəmə gətirdiyi Qafqaz Sabitlik və Əməkdaşlıq Platforması təşəbbüsünü və Qarabağ məsələsini də müzakirə ediblər. Davudoğlu bölgədə sülh və əmin-amanlığın yaranması ehtiyacına diqqəti cəlb edib və Qarabağ probleminin həllində Rusiyanın rolunun önəmini vurğulayıb. Rusiya-Türkiyə münasibətlərində diqqəti ən çox cəlb edən xəbər isə Rusiya-Türkiyə Hökümətlərarası Komisyasının iclasında gündəmə gəlib. Xatırladaq ki, Rusiya Baş Nazirin Müavini İqor Seçin ilə Türkiyə Enerji Naziri Taner Yıldızın sədirliklərində davam etdirilən danışıqlarda iki ölkə münasibətlərinin geniş bir spektrdə inkişafının daha da gücləndirilməsi üçün 15 ədəd yeni lahiyə gündəmə gəlib. Türk inşaat sektorunun Soçi Olimpiadasına hazırlıq prosesində fəal iştirakı, mineral xammal cıxarılması məsələsinin müzakirə edildiyi danışıqlarda əsas məsajlar isə enerji sahəsində işbirliyinin inkişafı məsələsində verilib. Belə ki, Seçin atom enerjisi sahəsində Türkiyə ilə əməkdaşlığa maraqlı olduqlarını bildirib və 2008-ci ilin noyabrında keçirilən “Akkuyu AES”-in tikilişinə dair tenderə təklif verən tək şirkət olan Rusiyanın “Atosmstroyeksport” şirkətinin qiyməti daha da aşağı sala biləcəyinin işarəsini verib. Rusiya bu tenderə xüsusi önəm verməkdə və bu çərçivədə Putinin Avqust ya da Sentyabrda baş tutması gözlənilən Türkiyə səfəri vaxtı iki ölkə arasında nüvə əməkdalığına dair rəsmi müqavilənin imzalanmasına çalışılmaqdadır. Rusiya ilə Türkiyə arasında enerji əməkdaşlığının digər bir şaxəsini isə “Mavi Axım-2” lahiyəsinə dair müzakirələrin davam etdirilməsi olub. İki ölkə enerji nazirliklərinin müzakirə etməyə davam etdiyi bir başqa məsələ isə daha əvvəl SSRİ ilə Türkiyə arasında 25 il müddətə imzalanan və 2012-ci ildə qüvvədən düşəcək Qərb maşrutu ilə qaz alma müqaviləsinin yenilənməsidir. Ancaq Seçin-Yıldız görüşünün və ümumilikdə Türkiyəli nazirlərin Moskva səfərini beynəlxalq gündəmin üst maddələrində yer almasının əsas səbəbi isə Rusiyanın Tükiyəyə “Cənub Axını” lahiyəsində iştikar barədə rəsmi təklifi və Türk rəsmilərin də buna müsbət yanaşmasıydı. Xatırladaq ki, Rusyanın bu təklifi ilk dəfə Mayın 16-da Soçidəki Putin-Ərdoğan görüşündə gündəmə gətirdiyi Rusiyanın Komersant qəzeti tərəfindən iddia edilmişdi. Qəzet hələ 18 May 2009-cu il tarixli sayısında Rusiyanın “Cənub Axını” layihəsinin Qaradənizdəki hissəsinin Ukrayna yerinə Türkiyəyə aid dəniz sektorunda inşa etməyi təklif etdiyini, Ərdoğanın da prinsip etibariylə buna müsbət yanaşdığını iddia etmişdi. Moskva müzakirələrindən sonra Rusiya Baş Nazirinin Müavini Seçin Türkiyəyə “Cənub Axını” lahiyəsində iştirak etməyi rəsmən təklif etdiklərini açıqladı. Həm Taner Yıldızın mövzuya müsbət yanaşaması, həm də Əhməd Davudoğlunun “iki ölkə münasibətlərinin inkişafında sərhəd olmadığına” dair açıqlamaları Türkiyənin bu təklifə razı olduğu şəklində qiymətləndirilməkdədir. Ancaq, Moskva müzakirələrindən sonra verilən rəsmi açıqlamalarda Türkiyənin bu lahiyədə hansı formada iştirakı açıqlanmadı. Xatırladaq ki, “Kommersantın” doğrulanan xəbərində bunun kəmərin Qaradənizin Türkiyəyə aid dəniz sektorunda keçməsi şəklində olacağı iddia edilmişdi. “Cənub Axını” lahiyəsində Rusiya-Türkiyə əməkdaşlığı Avrasiya coğrafiyasında qızışan enerji mübarizəsində yeni bir vəziyyət yaranması şəklində xarakterizə edilə bilər. Rusiya və Türkiyə arasında bu prosesi üç mühüm amil şərtləndirməkdədir: Əvvəla, son dövrlərdə Rusiya-Türkiyə münasibətlərində intensiv əməkdaşlığı şərtləndirən mahiyyət dəyişikliyi yaşanmaqdadır. Soyuq müharibə sonrasında Rusiya və Türkiyənin xarici siyasətlərində ortaya çıxan yeni strateji konseptlər iki ölkə arasındakı əməkdaşlıq prosesinin önəmini gücləndirmişdir. Belə ki, Rusiya baxımından qlobal mənada çox qütüblü beynəlxalq sistemin təmin edilməsi və bu çərçivədə bölgəsəl müstəvidə Avrasiyada Qərb təsirinin gücləndirməsinə mane olunması üçün Türkiyənin mövqeyi mühüm əhəmiyyət kəsb etməkdədir. Yenə, xüsusən son dövrlərdə soyuq müharibə ritorikasını tamamiylə tərk edərək “360 dərəcə xarici siyasət” kursu tətbiq etməyə başlayan Türkiyə üçün isə Rusiya mühüm qlobal və regional əməkdaş rolunu oynamaqdadır. Soyuq müharibənin qurtarmasından 2000-ci illərin başına qədərki dövrdə, daha əvvəl var olan tarixi rəqabətin yaratdığı “qarşılıqlı inamsızlıq sindromu”nu əsasən ortadan qaldıran Rusiya və Türkiyə arasındakı əməkdaşlıq prosesi qlobal güc mübarizəsinin taleyini müəyyənləşdirəcək önəmdə olan Avrasiyadakı tarazlığa büyük təsir göstərəcək amillərdən biridir. Hər iki ölkə qlobal sistemdə getdikcə kəskinləşən enerji rəqabətinin aralarındakı bu mühüm əməkdaşlığa büyük zərbə vurmaq potensialına malik olduğunun fərqindədir. Rusiyanın “Cənub Axını” lahiyəsində əməkdaşlıq təklifi və Türkiyənin buna hələlik müsbət yanaşması bu təhlükənin ortadan qaldırılması fürsəti yaradır. İkincisi, hər iki ölkənin öz strateji konseptlərində enerji amilinə önəm verdiklərini və keçən dövrlərin təcrübəsi bu məsələyə fəqli yanaşmanı gündəmə gətirməkdədir. Belə ki, qlobal önəmdə enerji ehtiyatlarına malik olan Rusiyanın “enerji supergücü” olma strategiyası başda Avrasiya olmaqla, dünyanın bütün bölgələrindəki enerji ehtiyatlarına nəzarət və bazaralara çıxardılmasında mümkün qədər fəal olmanı şərtləndirməkdədir. Bu strateji hədəf çərçivəsində Rusiyanın xüsusən Avrasiyadakı enerji ehtiyatları üzərində nəzarəti davam etdirməsi və hətta bunu tam monopoliyaya çevirməsi ən mühüm hədəf kimi ortaya çıxmaqdadır. Bu hədəf istiqamətində xüsusən Qərblə kəskin mübarizə içində olan Rusiya üçün mühüm bölgəsəl güc və tranzit ölkə Türkiyənin bu məsələdəki mövqeyinin önəmi keçən dövrdə açıqca ortaya çıxdı. Belə ki, Qərbin Türkiyə ilə qurduğu ittifaq rəsmi Rusiyanın kəskin müqavimətinə baxmayaraq Avrasiyadakı Rus enerji təkəlinə (inhisarına) büyük zərbə vuran Bakı-Tiflis-Ceyhan neft və Bakı-Tiflis-Ərzurum qaz kəmərlərinin həyata keçməsini təmin etdi. Rusiya bu təcrübəni diqqətə alaraq növbəti Qərb-Türkiyə əməkdaşlığının onun Avropa qaz bazarındakı ciddi üstünlüyünə və Xəzər hövzəsində artan təsirinə böyük zərbə vuracaq yeni bir lahiyənin, yəni NABUKKO-nun baş tutmasını təmin etməsini istəmir. Türkiyənin “Cənub Axını” lahiyəsinə dəvət edilməsi, buna alternativ olan NABUKKO-nun mühüm siyasi dəstəkçisi və tranzit ölkəsinin Rusiya ilə qarşı cəbhədə olmasını əngəlləmə amacını daşımaqdadır. Elə Türkiyənin Rusiyanın bu təklifinə və bütövlükdə onunla enerji əməkdaşlığına müsbət yanaşması da rəsmi Ankaranın öz strateji yanaşmasında enerjiyə verdiyi önəmlə yaxından əlaqədardır. Belə ki, Türkiyə getdikcə artan öz daxili tələbatını qarşılamaq və beynəlxalq sistemdəkı strateji önəmini artırmaq üçün qlobal əhəmiyyətli enerji mərkəzi olmaq istəməkdədir. Bu çərçivdə keçən dövrdə Bakı-Ceyhan və Bakı-Erzurum kimi uğurlara imza atılsa da, Türkiyə Rusiya ilə rəqabətin bu strateji hədəfin həyata keçiriməsində həm ciddi riqslər meydana gətirdiyinin, həm də imkanları məhdudlaşdırdığının fərqinə vardı. Çünkü daxili qaz tələbatının ödənilməsində təxminən 75 faizə çatan nisbətdə aslılı olduğu ölkə ilə kəskin rəqabət, ciddi bir paradoksdur. Rusiyanın malik olduğu enerji silahını başda Ukrayna olmaqla asılı ölkələrə qarşı təzyiq vasitəsi kimi istifadə etməsi riqsin böyüklüyünü açıqca göstərdi. Bundan əlavə (kürəsəl) qlobal önəmdə enerji tranzitoru və mərkəzi olma istəyən bir ölkənin bu bazarın ən böyük qaz və ən mühüm neft ixracatçılarından biri ilə qarşı cəbhələrdə olması da bu hədəfə ciddi mədudiyyət gətirməkdiydi. Türkiyə bü məhdudiyyəti daha öncəki dövrlərdə ciddi təkidlərinə baxmayaraq Rusiyadan “Mavi Akım” kəməri ilə aldığı qazı üçüncü ölkəyə sata bilməyərək birbaşa yaşadı. Elə “Cənub Axını” lahiyəsinin ortaya çıxma macərasında da Rusiya və Türkiyə arasında enerji əməkdaşlığının yarım qalmasının mühüm rolu var. Beləliklə, Türkiyə yeni dövrdə həm Qərbin, həm də Rusiyanın enerji lahiyələrinin öz ölkəsindən keçməsinə imkan verən uzlaşdırıcı enerji strategiyası həyata keçiriməyi amacladığının güclü siqnallarını verməkdədir. Bu çərçivədə Türkiyə həm Nabukko-nun Türkiyədən keçməsini istəməkdə, həm də Rusiyanın Mavi Axım-2 lahiyəsi ilə “Cənub Axını” lahiyəsinə yaşıl işıq yandırmaqdadır. Elə Taner Yıldızın və Əhməd Davudoğlunun Moskvada NABUKKO və “Cənub Axını” lahiyələrinin hər ikisinə müsbət yanaşdıqlarına dair açıqlamaları, Davudoğlunun 3 İyundakı Ruminiya səyahətində “NABUKKO-nun birinci dərəcədən strateji öncəlikli lahiyə olduğunu” vurğulaması bu konteksdə qiymətləndirilə bilər. İyunun 13-də Türkiyədə NABUKKO-ya dair hökümətlərarası müqavilənin imzalancaq olmasını da bunun faktiki təzahürü kimi görmək daha doğru olar. Beləliklə, “Cənubi Axını” lahiyəsinə dair Rusiya-Türkiyə əməkdaşlığı prosesi Avrasiyadakı enerji mübarizəsində yeni bir mərhələnin başlama siqnalı kimi görünə bilər. Yeni mərhələdə Rusiya və Türkiyə enerji məsələsində “qazan-qazan” prinsipinin keçərli olduğu yeni bir əməkdaşlıq yoluna girmək üzrədirlər. Maraqlıdır ki, Moskvada Rusiya və Türkiyə rəsmiləri enerjidə yeni bir əməkdaşlıq prosesinin işarələrini verərkən, ABŞ Prezidentinin Rusiya və Avrasiya məsələləri üzrə xüsusi köməkcisi Maykl MakFaul (Michael McFaul) da oxşar bir açıqlama ilə çıxış edib. ABŞ rəsmisi, Prezident Barak Obamanın İyulun 6-8-i tarixlərini əhatə edəcək Moskva səfərində enerjidə alternativ kəmər çəkilişlərinin Rusiya tərəfindən “sıfır toplamlı oyun” kimi qəbul edilməməsini vurğulayacağını açıqlayıb. Önümüzdəki dövrdə, xüsusən Avrasiyadakı enerji mübarizəsinin yeni ştrixlərlə davamının güclənəcəyi təxmin edilir. Rusiya-Azərbaycan qaz müqaviləsi, “Cənub Axını”nda və “Mavi Axın-2”-də Rusiya-Türkiyə əməkdaşlığı, Rusiyanın “Şimal Axını” lahiyəsinin Finlandiyanın təbiəti mühafizə idarəsinin manesini keçməsi, Kərkükdən yeni çıxan İraq neftinin Türkiyə üzərindən nəqli və son olaraq da NABUKKO-ya dair hökümətlərarası müqavilənin 13 İyulda Ankarada imzalanması məsələsi isə bu prosesin güclü siqnalları kimi qəbul edilə bilər. |
| © 2008 Araz Tədqiqatlar Mərkəzi |