Yeniliklər23 .08 .2010
İsrail İrana hərbi müdaxiləyə hazırlaşır?
ətraflı
20 .08 .2010
Rusiya- Ermənistan strateji əməkdaşlığı gücləndi
ətraflı
28 .07 .2010
Ermənistan və İsrail İran və Türkiyəyə qarşı səylərini birləşdirirlər
ətraflı
19 .07 .2010
Zahidanda baş verən hadisənin kökü Pakistan, NATO və ABŞ-da axtarılır
ətraflı
AxtarışÜnvan |
Yeniliklər26 -06 -2010 . Türkiyə-Yunanıstan münasibətləri: böhranlı günlərə qayıdış? Türkiyə-Yunanıstan münasibətləri son illərdəki yaxşılaşma meyllərindən sonra son günlərdəki bəzi xəbərlərlə yenidən gərginlik riski altına girdi. Belə ki, Yunanıstanın Ekologiya, Enerji və İqlim Dəyişikliyi Nazirinin Müavini Yannis Maniatis iyunun 25-də, Afinada yayınlanan özəl Real Radio kanalına verdiyi açıqlamada, \\\"Yunanıstanın dəniz sərhədləri daxilində gördükləri bəzi ərazilərdə hidrokarbon yataqları olduğuna dair güclü məlumatlara malik olduqlarını\\\" və \\\"bu yataqların bir il içərisində qiymətləndirilməsi üçün Afinanın hazırlıq görməyə başladığını\\\" bildirib. Maniatis qeyd edib ki, hidrokarbon yataqları barədə tədqiqatlar aparmaq üçün şirkətin seçilməsi üçün tender elan edilməsi və bir anonim şirkət yaradılmasıyla əlaqədar qanuni mexanizmlərin hazırlanması prosesi yaxın bir neçə həftə içərisində tamamlanacaqdır. O, bildirib ki, ilkin tədqiqatlar əvvəllər başladılan, amma müxtəlif səbəblərlə yarımşıq qalan Patras Körfəzi ilə Yana bölgəsində aparılacaq, amma digər bölgələrdə də neft və qaz axtarışı olacaq.
Təbii olaraq burada Türkiyənin bu məsələyə münasibəti məsələsi ortaya çıxıb. Maniatis bildirib ki, \\\"Yunanıstanın Egey dənzində kəşfiyyat işi apararkən Türkiyənin hüquqlarını pozmaq niyyətində deyil\\\", amma \\\"bizə aid olan hüquqları hər hansı bir qonşuya buraxmaq niyyətində də deyilik\\\" deyə o əlavə edib. Öz növbəsində Ankaranın bu addıma münasibəti birmənalı olmayıb. Türkiyə tam rəsmi mövqeyini ortaya qoymasa da Türk mətbuatı xəbəri \\\"Egeydə yeni gərginlik\\\", \\\"Egeydə münaqişə ehtimalı\\\" kimi bağlıqlarla verib. Yunanıstanın öz sərhədləri daxilində olduğunu iddia etdiyi suların əslində ona aid olmadığını iddia edən Türk diplomatik mənbələri, qısa müddət öncə Türkiyənin də eyni ərazilərdə kəşfiyyat fəaliyyəti barədə qərar verdiyinə diqqət çəkərək \\\"Yunanıstanın təhlükəli oyunlara başladığını\\\" vurğulayıblar. Əslində uzun müddətdir ki, Türkiyə ilə Yunanıstan arasında bu barədə mübahislər uzun müddətdir ki, mövcuddur. Hətta Türkiyə oxşar problemləri Kiprin Yunan tərəfi ilə də yaşayır. Məsələn, 1976-cı ildə Türkiyə, Egey dənizində beynəlxalq sularda neft yataqları ilə bağlı kəşfiyyat aparmaq üçün Kora araşdırma gəmisini Egey dənizinə göndərdi. Kora gəmisi kəşfiyyat işləri apararkən Yunan hərbi gəmiləri və təyyarələri tərəfindən tez-tez narahat edilmiş, daha sonra Türkiyənin müdaxiləsi ilə Kora gəmisi, fəaliyyətlərini hərbi gəmilərin və təyyarələrin kölgəsində davam etdirmişdi. Böhran, BMT-nin müdaxiləsiylə həll edilmişdi. Sonrakı mərhələdə Yunanıstan Taşoz Adası açıqlarındakı Prinos sahəsindən 1981-ci ildən bəri neft və təbii qaz istehsalına başlamış qarşı, Türkiyənin öz quru sularında ciddi bir axtarış/arama fəaliyyəti reallaşdırmadığını xatırlatdı. 1987-ci ilin martında Yunanıstanın Egey dənizinin beynəlxalq sularında neft axtarışı aparacağı barədə açıqlaması Türkiyədə etirazına səbəb olmuşdu. Türkiyə, Yunanıstanın bu açıqlamasını 1976-cı il tarixli Bern Müqaviləsinin pozulması kimi qiymətləndirmişdi. Xatırladaq ki, bu razılaşmaya görə \\\"iki ölkə arasında dəviz sərhədləri ilə bağlı konkret müqavilə bağlanılana qədər, bu cür kəşfiyyat işləri aparılmamalı idi\\\". Yunanıstanın öz addımlarını davam etdirdiyi üçün Türkiyə də, Piri Rəis kəşfiyyat gəmisini Egey dənizinə göndərmişdi. Müharibə ehtimalı səviyyəsinə qədər güclənən münaqişə ABŞ, NATO və Avropa İttrifaqının səyləri ilə həll olunmuşdu. Bu arada Yunanıstan Egey dənizindəki Taşoz Adası yaxınlığındakı Prinos sahəsindən 1981-ci ildən bəri neft və təbii qaz istehsalına başlamış, amma Türkiyə son illərə qədər bu istiqamətdə fəaliyyət aparmamışdı. 2007-ci ilin sonlarında bu dəfə Türkiyənin 2008-ci ilin əvvəllərində Egey dənizində tədqiqatlar apracağı bildirildi. Yunan tərəfi Türkiyənin bu qərarına qarşı dəfələrlə Türkiyənin hava və dəniz sərhədlərini pozmağa çalışdı. Türkiyə isə, Gelibolu yarımadasıyla Datça arasındakı yeddi ayrı bölgədə kəşfiyyat fəaliyyətini mütləq aparacağını elan etdi. Hətta fəaliyyətlərin hərbi qüvvələr nəzarətində aparılmasının mümkünlüyünü, lazım gəlsə beynəlxalq qurumlara və məhkəmlərə də müraciət edəcəyini bildirdi. Türkiyə kiçik tarix dəyişiklklərindən sonra 2008-ci il fevralın 2-də Egey dənizində neft axtarışı fəaliyyətlərinə başlamışdı. İndi növbəti dəfə Egey dənizi təbii ehtiyatlar səbəbiylə iki ölkəni qarşı-qarşıya gətirir. Əslində enerji amili son illərdə Türkiyə-Yunanıstan münasibətləri baxımından daha çox əməkdaşlıq amili kimi nəzərə çarpıb. Başqa mövzularda əsasən gərginlik yaşayan iki ölkə enerji mövzularında əməkdaşlıq ilə diqqət çəkiblər. Bu əməkdaşlıq həm Yunanıstanın enerji tələbatının Türkiyə üzərindən ödənilməsini, həm də Türkiyə-Yunanıstan kanalı vasitəsiylə Avropaya enerji nəqlini əhatə ədib. Şübhəsiz ki, prosesin gələcəyi ilə bağlı versiyalar müxtəlifdir. Yunanıstanın yaşadığı böhran Türkiyədən də alınan yardımlar baxımından bu prosesə sakitləşdirici təsir edə bilər, eyni zamanda iqtisadi böhran yaşayan hakimiyyətlərin milli problemlər yaradaaraq diqqəti başqa yönə çəkmə taktikası baxımından alovlandırıcı rol da oynaya bilər. Yunanıstan Türkiyənin Qərblə yaşadığı diplomatik ziddiyyət abu-havasından da istifadə etməyə çalışa və buna görə də məsələni bir qədər də dərinləşdirə bilər. Ümumilikdə isə enerji amili üzrə əlavə gərginlik Yunanıstanı daha da çıxılmaz vəziyyətə sala bilər. Buna görə də çox güman ki, hazırda baş verənlər kiçik manevrlərdir və çox böyük gərginliyə səbəb olmayacaq.
|
| © 2008 Araz Tədqiqatlar Mərkəzi |