Yeniliklər23 .08 .2010
İsrail İrana hərbi müdaxiləyə hazırlaşır?
ətraflı
20 .08 .2010
Rusiya- Ermənistan strateji əməkdaşlığı gücləndi
ətraflı
28 .07 .2010
Ermənistan və İsrail İran və Türkiyəyə qarşı səylərini birləşdirirlər
ətraflı
19 .07 .2010
Zahidanda baş verən hadisənin kökü Pakistan, NATO və ABŞ-da axtarılır
ətraflı
AxtarışÜnvan |
Yeniliklər19 -07 -2010 . Zahidanda baş verən hadisənin kökü Pakistan, NATO və ABŞ-da axtarılır İran rəsmiləri Zahidanda baş verən terror hadisəsində NATO–nun əlinin olduğunu iddia etmiş və Pakistan bu məsələ ilə bağlı məsuliyyət daşıdığını vurğulamışdır. İran prezidenti Mahmud Əhmədinejad iyulun 19-da Nazirlər Kabinetinin iclasında Zahidandakı son terror hadisəsinə işarə edərək bildirib ki, ABŞ prezidenti Barak Obama hadisə ilə bağlı baş sağlığı versə də, ABŞ və NATO qüvvələri terrorçulara maliyyə və texniki yardım göstərir. Əhmədinejad iddia edib ki, belə terror hadisələri yalnız “ABŞ-ın müdafiə etdiyi zalım terror dəstələrinin işidir”.
Xatırladaq ki, iyulun 6-da axşam saatlarında İranın cənub şərqində yerləşən Zahidan şəhərinin Came məscidində İmam Hüseynin miladi doğum günü və İranda Pasdar günü münasibəti ilə mərasim zamanı partlayış baş verib. Partlayış zamanı 28 nəfər həlak olub və yüzdən artıq insan yaralanıb. Partlayışın Condollah qrupunun kamikadzeləri tərəfindən törədilməsi güman edilir. Condollah qrupu özünü İranda sünni Bəluç xalqının müdafiəçisi kimi təqdim edir. Bu qrupun həyata keçirdiyi terror əməliyyatları regionda digər terror qrupların əməliyyatları ilə oxşar olduğundan digər terror dəstələri ilə də əlaqələri olduğunu göstərir. Condollah qrupunun internet saytı iki nəfər kamikadzenin əməliyyata hazırlanması kadrlarını yayaraq onların partlayıcıları öz bədənlərinə bağlaması səhnələrini nümayiş etdirib. İndiyə qədər bu qrup onalarla teror əməliyyatı həyata keçirib və yüzlərlə İran vətəndaşlarını o cümlədən bir çox hərbiçini öldürüb. Keçmişdə İran rəsmiləri dəfələrlə bu qrupun üzvlərinin Pakistanda gizləndiyini və sərhəddən İrana keçib terror əməliyyatları apardığını bildiriblər. Bu ilin fevral ayında Condollahın başçısı Əbdulmalik Rigi həbs olunaraq edam olundu. İran rəsmiləri onun həbs edilməsini gizli əməliyyat hesab etsə də Pakistan rəsmilərinin açıqlamasında bildirilirdi ki, İran təhlükəsizlik orqanları məhz Pakistanın yardımı ilə Rigini həbs edə bilmişdi. Rigi edam olunadan sonra İran yetkililəri bildirdi ki, onlarla Condollah üzvü könüllü surətdə İran təhlikəsizlik qüvvələrinə təslim olub və artıq qrupun fəaliyyəti dayandırılıb. Amma son terror aksiyası Condolah qrupunun imkanlarının tükənmədiyini və onların yenə fəallaşdıqlarını göstərir. Zahidanda baş verən hadisədən sonra Sistan və Bəluçistan vilayətini təmsil edən 3 millət vəkili mantadlarınan imtina edərək regiondakı təhlükəsizlik tədbirlərinin zəif olmasına öz etirazlarını bildiriblər. Sonradan İran parlamentinin başçısı onları istefalarını geri götürməyə çağırıb. Zahidanın qeyri -sabit vəziyyəti müxalif partiyaların da göndəmindədir. Hakimiyyət bölgənin təhlükəsizliyini təmin etməkdə hələ də acizlik çəkir. Qeyri-humanist vəziyyət, sosial-iqtisadi problemlərin və insan hüquqlarına dair vəziyyəti kəskin pis olması İranın digər yerlərində olduğu kimi bu bölgədə də sabitliyi pozan əsas amillədəndir. Bütün imkanlarla regionda sabitlik yaratmağa cəhd göstərən hakimiyyət öz zəifliyini xarici qüvvələr və xüsusən qonşularında axtararmağa başlayıb. ABŞ və Qərb dövlətləri İranda baş verən bütün xoşa gəlməz hadisələrin “daimi abunəçi günahkarı” kimi tanınır. Belə ki, bu tip hadisələr zamanı İran yetkililəri birinci növbədə ABŞ-ı və sonra isə Qərb dövlətlərini təqsirləndirirlər. Yuxarıda qeyd olunanlarla yanaşı İranda etnik və dini problemlər də var. Bu problemlər getdikcə güclənir və İranın əsas probleminə çevrilir. Çox millətli ölkə hesab edilən İranda Farslardan başqa digər xalqların hüquqları daha kobud şəkildə tapdalanır. Hazırda Kürd və Bəluçlar öz hüquqları uğrunda silahlı mübarizə aparırlar. Azərbaycan Türkləri, Türkmənlər, Ərəblər və digər xalqlar isə siyasi mücadilə aparmaqla öz hüquqlarını tələb edirlər.
|
| © 2008 Araz Tədqiqatlar Mərkəzi |