Yeniliklər23 .08 .2010
İsrail İrana hərbi müdaxiləyə hazırlaşır?
ətraflı
20 .08 .2010
Rusiya- Ermənistan strateji əməkdaşlığı gücləndi
ətraflı
28 .07 .2010
Ermənistan və İsrail İran və Türkiyəyə qarşı səylərini birləşdirirlər
ətraflı
19 .07 .2010
Zahidanda baş verən hadisənin kökü Pakistan, NATO və ABŞ-da axtarılır
ətraflı
AxtarışÜnvan |
Strateji icmallar27 -01 -2010 . İranda hadisələr başqa yönə istiqamətlənir İran prezident seçkilərində iştirak etmiş namizəd Mehdi Kərrubinin oğlu iki gün əvvəl “Fərda” radiosuna müsahibəsində bildirmişdi ki, atası seçkilərdə saxtakarlıq olmasına baxmayaraq Mahmud Əhmədinejadi İranın rəsmi prezidenti kimi tanıyır. O, öz müsahibəsində bildirmişdi ki, İranın Ali Dini Rəhbəri Ayətullah Əli Xamenei onu İİR-in prezidenti kimi təsdiqlədiyinə görə Kərrubi da onu rəsmi şəkildə tanıyır və o prezident kimi bütün əməllərinə cavabdehdir.
Kərrubinin oğlunun bu müsahibəsindən bir neçə gün əvvəl isə Musəvi bayanat yayaraq İranda demokratia və azadlıqların verilməsini tələb etmişdi, amma həmişəkindən fərqli olaraq, bu dəfə yenidən prezident seçkilərinin keçirilməsi məsələsinə heç toxunmamışdı. Musəvi indiyə qədər bir çox bəyanatında seçkilərdə saxtakarlıq olduğunu iddia edərək prezident seçkilərinin yenidən keçirilməsini tələb edirdi. Sonuncu bəyanatda isə artıq bu tələbindən imtina etmiş kimi görünür. Digər tərəfdən iddialara görə İranın digər islahatçı siması və keçmiş prezident Məhəmməd Xatəmi İran Ali Dini Rəhbərinə məktub yazaraq həm islahatçı qüvvələrin və həm də mühafizəkarların içində radikal qüvvələrin olduğunu və bu qüvvələrin sistemə ziyan verdiyini iddia etmişdi. O, öz məktubunda Haşimi Rəfsəncanidən bu böhranda əsas şəxs kimi istifadə olunmasını istəmişdi. Belə bir məktubun yazıldığını Xatəmi təkzib etsə də, mühafizəkar qəzetlər məktub barədə xəbər verərək bildirmişdilər ki, Ali Dini Rəhbər bu məktubun içində yazılanlara maraq göstərib və artıq bununla əlaqədar bir sıra tapışırıqlar da verib. İranda prezident seçkilərindən sonra başlanan etiraz aksiyaları ilk öncə seçki saxtakarlıqlarına qarşı olsa da daha sonra hakimiyyətin və ümumilikdə sistemin əleyhinə yönəlmişdi. Hətta İranda ilk dəfə olaraq Ali Dini Rəhbərə “diktator” ləqəbi verilərək ona qarşı sərt şüarlar səsləndirilmişdi. Etirazçılar İran İslam Respublikasının banisi və ilk rəhbəri Ayətullah Xomeyninin portretini aşağı salıb parçaladmışdılar. Konstitusiyanın dəyişdirilməsi və “İslam Respublikasının” “respublikaya” çevrilməsi, hətta sistemin qalması üçün referandum keçirilməsi tələbləri də irəli sürülürdü. Görünür dövlət yetkililərinin və sistemin içində olan islahatçı və mühafizəkar qrupların bir çoxu rejimin varlığıni risk altında gördüklərinə görə öz mövqelərini yumuşaltmağa başlayıblar. Kərrubinin, Xatəminin və Musəvinin də mövqeyi çox güman ki, əsasən bu səbəbdən yumuşalmağa başlayıb. Eyni zamanda ola bilər ki, Musəvi və digər bəzi islahatçı liderlər prezident seçkisiylə bağlı mərhələnin artıq geridə qaldığını və o məsələdə artıq geriyə yol olmadığını düşünürlər. Bu səbəbdən də əsas enerjilərini gələcək parlament seçkisinə saxlamağı planlamış ola bilərlər. Təbii, hazırkı vəziyyətdə xalqın səsi və mövqeyi də çox əhəmiyyətlidir. Bu mənada hakimiyyət xalqı sakitləşdirmək üçün bir neçə qurban verməyə və islahatçı qüvvələrlə bazarlıq etməyə hazır kimi görünür. Xamenei, Rəfsəncani, Xatəmi və digər liderlərin son zamanlarda tutduğu mövqe və yumuşaq tərzləri yaxın zamanlarda hakimiyyətdaxili iki qüvvənin danışıqlara hazır olmasıni göstərir. Qarşıdan İran inqilabının ildünümü mərasimləri gəlir. Hər il olduğu kimi bu ildə xalq şəhərlərdə mərasimlər keçirməyə hazırlaşır. Xalqın bu mərasimlərdə necə iştirak etməsi müzakirələrdə tərəflərdən birinin mövqeyinə birbaşa müsbət və ya mənfi təsir edəcək imkana malikdir. İnqilabın ildönümü mərasimlərinin bir gözlənilməz nəticəsi də o ola bilər ki, xalq tərəflərin heç birinin mövqeyini dəstəkləməsin. Bu kortəbii hərəkət olduğundan ehtimalı az olsa da xalqın bəlkə də əsas istədiyi hədəfdir. Amma bu istiqamətdə irəliləmək çətin olduğundan daha rahat variantı seçmək üstünlik təşkil edir. |
| © 2008 Araz Tədqiqatlar Mərkəzi |