AZ | EN | فارسی | RU

Yeniliklər

18 .11 .2008

AB-Rusiya Münasibətlərində “Gürcüstan maneəsi” Keçildi ətraflı

17 .11 .2008

Qərb İranın maliyyə dayaqlarını sıxır ətraflı

14 .11 .2008

İranda BMT sanksiyalarından yayılmağın yollarını ustalıqla tapırlar ətraflı

10 .11 .2008

Əhmədinejadın məktubu birmənalı qarşılanmadı ətraflı

Axtarış

 

Ünvan

Aktual

Əmaninin qətli rejimin iç üzünü açdı
15 -11 -2008 |İRAN

Bilindiyi kimi bu ilin Oktyabr ayının 23-də Cənubi Azərbaycan milli hərəkatına ağır itki üz vermişdir. Belə ki, milli fəallardan olan Qulamrza Əmani iki qardaşı ilə birlikdə avtomobil qəzası nəticəsində vəfat etmişdir. Əslində isə bu ssenarinin İranın xüsusi xidmət orqanları tərəfindən hazırlanması heç kimə sirr deyil. Çünki hələ bu hadisədən əvvəl, bu ilin Oktyabr ayının 16-da Q.Əmaninin içində Cənubi Azərbaycan milli hərəkatına aid sənədlərin olduğu şəxsi avtomobili qaçırılmış və bundan sonra isə onun yaşadığı ünvana milli yönümlü fəaliyyətini dayandırmayacağı təqdirdə öldürüləcəyi ilə bağlı anonim məktub daxil olmuşdur.

 


Ermənistan Müdafiə Naziri Gürcüstanda
13 -11 -2008 |ERMƏNİSTAN

Noyabrın 12-də Ermənistan Müdafiə Naziri Seyran Ohanyan Gürcüstanda səfərdə olub. Ohanyan Gürcüstanın Baş Naziri, Müdafiə və Xarici İşlər Nazirləri ilə, eyni zamanda bu ölkənin parlamentinin Müdafə və Təhlükəsizlik Komissiyasının rəhbəri ilə görüşlər keçirib. Gürcüstanın Müdafiə Naziri David Kezeraşvili ilə görüşdən sonra sonra keçirilən mətbuat konfransında Ohanyan Gürcüstanı “Ermənistanın tarixi dostu” kimi qiymətləndirmiş və iki ölkə arasında “əməkdaşlığın davam edəcəyini” vurğulamışdır. O qeyd etmişdir ki, Ermənistan ilə Gürcüstan arasındakı münasibətlər “hər hansı iki qonşu ölkə arasındakı münasibətlərdən daha yuxarı səviyyədədir.

 


Rusiyada icraedici orqanının ikibaşlı olması rəsmiləşəcək
12 -11 -2008 |RUSİYA

Rusiya Prezidenti Dmitri Medvedev 11 Oktyabrda ölkədəki siyasi sistemi yenidən formalaşdırmaq  məqsədiylə Dövlət Dumasına  Konstitusiya dəyişikliyi ilə əlaqədar 3 təklif göndərdi. Medvedevin təklif etdiyi dəyişikliklərdən birincisi “Rusiya Federasiyası prezidentinin və Dövlət Dumasının səlahiyyət müddətinin dəyişdirilməsinə dair” qanun təklifidir. Bu təklif  ölkə prezidentinin səlahiyyət müddətinin 4 ildən 6 ilə ( 81-ci maddə), Dumanın səlahiyyət müddətinin 4 ildən 5 ilə  (96-cı maddə) çıxacaq şəkildə dəyişdirilməsini nəzərdə tutur.

 



Strateji icmallar


AB-Rusiya Münasibətlərində “Gürcüstan maneəsi” Keçildi
18 -11 -2008 |RUSİYA

Noyabrın 14-də Fransanın Nişt şəhərində 22-ci Rusiya-AB sammiti keçirildi. 1998-dən bəri ildə iki dəfə keçirilən ənənəvi sammitdə Rusiya prezidenti Dmitri Medvedev AB-nin fəaliyyətdəki sədri olan Fransa prezidenti Nikola Sarkozi, Avropa Komisyasının sədri Joze Manuel Barossa və AB Şurasının Baş Katibi Haviyer Solana ilə danışıqlar apardı. Rusiya-AB danışıqlarında əsas müzakirə mözvuları isə üç blokda qruplaşdırıla bilər:
1) AB ilə Rusiya arasında ikitərəfli əməkdaşlıq,
2) Avropa təhlükəsizliyi,
3) Qlobal maliyyə böhranı.

 


Qərb İranın maliyyə dayaqlarını sıxır
17 -11 -2008 |İRAN

Müşahidələr göstərir ki, İranı nüvə ambisiyalarından imtinaya inandırmaq üçün maliyyə təzyiqi ən effektiv vasitə ola bilər. BMT-nin sanksiyaları İranda kommersiya fəaliyyətindəki qiymətləri qaldırmış və bu da öz növbəsində ölkənin iqtisadiyyatına əhəmiyyətli dərəcədə ziyan vurmuşdur. Ancaq görünən budur ki, bütün bunlar Tehranın nüvə proqramını dayandırmaq üçün kifayət etmir. İranın əməkdaşlığa cəhd etməsi üçün əlavə stimul vermək məqsədilə yeni təzyiqlər tələb olunur.

 


İranda BMT sanksiyalarından yayılmağın yollarını ustalıqla tapırlar
14 -11 -2008 |İRAN

Məlumdur ki, İrana qarşı tətbiq edilən sanksiyaların əsas hədəfi nüvə texnologiyası və bu sahədə həyata keçirilən qeyri-qanuni ticarətdir. Lakin diqqətlə müşahidə apardıqda İranın müxtəlif yollarla bu sahədə tətbiq oluna biləcək Qərb texnologiyasına çıxış əldə etməyə çalışdığını və bəzən buna müvəffəq olduğunu görmək olar. Belə ki, İranın mülki layihələr çərçivəsində qanuni yollarla əldə etdiyi texniki vasitələri nüvə silahının təkmilləşdirilməsi sahəsində istifadəsinə dair şübhəli məqamlar mövcuddur. İranın xaricdən əldə etdiyi məhsullara diqqət yetirdikdə ilk baxışdan bunun qanuni olduğunu və heç bir təhlükə yaratmadığını görmüş olarıq, lakin əsas məsələ həmin məhsulların sonrakı istifadə təyinatındadır.

 



Analitik bülletenlər

Türkiyə-İran Münasibətləri: \"Təhlükəli qonşular\"
12 -07 -2008 |TÜRKİYƏ

Türkiyə və İran Qafqazda və Yaxın Şərqdə tarixən rəqabət aparan iki qonşu dövlətdir. İki ölkə arasında  uzunluğu 450 km olan quru sərhəddi var. Bu sərhəd  1639-cu ildə Osmanlı ilə Səfəvi arasında imzalanan Qəsri Şirin müqaviləsiylə müəyyənləşdirilmişdir. Türkiyə və İran arasındakı ticarət dövriyyəsinin həcmi hazırda 7 milyard dolara çatır və 2010-cu ilə qədər bu həcmin illik 10 milyard dollara çatdırlması planlaşdırılır.

 


Rusiya-İran Strateji Münasibətləri
14 -06 -2008 |RUSİYA

Soyuq müharibənin başa çatmasından sonra beynəlxalq münasibətlər sisteminin yeniden formalaşması prosesi yeni güc təmərküzləşmələrini və müxtəlif ölkələrin yeni münasibətlər sistemini qurma ehtiyacını gündəmə gətirdi. Yeni dövr ABŞ-in tək qütüblü dünya qurma təşəbbüsləri, AB-nin qlobal aktyor olma arzusu, Çinin və Hindistanın əhalisinin çoxluğu və sürətli iqtisadi inkişafı, Yaponiyanın rol arayışı və Rusiyanın bu prosesdə fəal iştirak arzusu ilə səciyyələnməkdədir. Bu prosesdə əsas mübarizə mərkəzlərindən biri kimi dünya enerji ehtiyatların büyük bir hissəsinin yerləşdiyi Yaxın Şərq və Xəzər bölgələri böyük önəm qazandı. Beynəlxalq münasibətlər sisteminin gələcək taleyinin müəyyənləşdirilməsində mühüm əhəmiyyətə malik olan bu coğrafiyadakı güc mübarizəsində bölgə xaricindən bir gücün, yəni fövqəldövlət ABŞ-ın fəallığına qarşı ənənəvi bölgəsəl güc İran ilə SSRI-nin dağılması ilə fövqəldövlət statusunu itirərək özünə yeni rol axtarışında olan Rusiyanın münasibətləri xüsusi diqqət cəlb etməkdədir. Bu yazıda Rusiya və İran arasındakı bu münasibətlərin xarakteri və əməkdaşlıq prosesi təhlil ediləcəkdir.